Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Putin: “Rusiya İslam dünyası ilə birləşməyə hazırdır”

İyun 12
15:39 2015

“Rusiya terrorla mübarizə aparmaq üçün müsəlman ölkələri ilə öz fəaliyyətini birləşdirməyə hazırdır”.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu sözlər Rusiya Prezidenti Vladimir Putinin “Rusiya – İslam dünyası” konfransı iştirakçılarına ünvanladığı məktubda yer alıb.

Putinin sözlərinə görə, Rusiya artıq İslam Əməkdaşlıq Təşkilatı ilə aktiv əməkdaşlığa başlayıb:

“Bizim müsəlman ölkələri ilə əlaqələrimiz möhkəmlənib. Biz bu işdə maraqlıyıq. Bu gün İslam dünyası ciddi sınaqlar keçirir”.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)

Digər xəbərlər