Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Putin seçim qarşısında: “Əsədi təhvil ver, Sammitə qayıt…”

Aprel 11
16:31 2017

İtaliyanın Lukka şəhərində keçirilən G7 ölkələri xarici işlər nazirlərinin toplantısında Rusiya və Əsəd mövzusu fikir ayrılıqlarına səbəb olub.

Selefxeber.azEurasiadiary.az”a istinadən xəbər verir ki, xarici mətbuatın verdiyi xəbərə görə son hadisələrin ardından Moskva səfərini təxirə salan Forin-ofisin rəhbəri Boris Conson Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini tələb edib. ABŞ dövlət katibi Reks Tillerson isə məsələyə daha maraqlı yanaşma sərgiləyib. O deyib ki, Putinə Əsədi təhvil verməyin qarşılığında G7 Sammitinə geri dönüş üçün yaşıl işıq yandırılsın.

Xəbərə görə, Sammitin ardından Moskvaya səfəri planlaşdırılan Tillersonun Kremlə məhz bu təklifi edəcəyi gözlənir. Lakin maraqlıdır ki, rusiyalı ekspertlər verilən təklifi real saymır. Onların fkrincə, bu yalnız Əsədin taleyini həll etmək üçün oynanan oyundur, çünki sanksiyalara səbəb olmuş Ukrayna məsələsində heç bir dəyişiklik yoxdur. Eyni zamanda Rusiyada hesab olunur ki, Suriya siyasətində geri çəkilmə Putin üçün siyasətdə uduzmaq və reytinq itirməkdən başqa bir şey olmayacaq.

Digər xəbərlər