Putin Türkiyəni hədələyib
794 dəfə baxılıb
“Bu, arxadan vurulan zərbədir”.
Rusiya Prezidenti Vladimir Putin Suriyada Su-24 təyyarəsinin vurulmasını terrorçuları dəstəkləyənlərin Rusiyaya arxadan vurduğu zərbə adlandırıb.
Onun sözlərinə görə, Su-24 Suriya ərazisində Türkiyə qırıcısından buraxılmış “hava-hava” tipli raketlə vurulub, prezident Putin İordaniya Kralı II Abdullah ilə görüşdə bildirib.
“Sələf Xəbər” bunu Oxu.Az-a istinadən xəbər verir.
Rusiya liderinin sözlərinə görə, rusiyalı pilotlar heç bir halda Türkiyəni təhdid etməyiblər.
“Rusiya Türkiyəyə təkcə qonşu yox, həm də dost ölkə kimi yanaşırdı. Bunun kimə lazım olduğunu bilmirəm, lakin bizə lazım deyildi”, – deyə, Rusiya dövlətinin başçısı bildirib.
Onun sözlərinə görə, Rusiya Suriyada təyyarəsinin başına gələnləri təhlil edəcək:
“Rusiyanın ABŞ ilə bu cür insidentlərdən qaçmaq barədə saziş bağlamasına baxmayaraq, Türkiyə bizim təyyarəmizə zərbə endirdi. Suriyada Rusiya təyyarəsi ilə bağlı faciə Moskva və Ankaranın münasibətləri üçün ciddi nəticələrə səbəb olacaq”, – deyə, Putin bildirib.