Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Putin Türkiyəyə nə təklif etdi?

Avqust 11
17:33 2016

Rusiya dövlət başçısı Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərinin nəticələrinin müsbət olduğunu ifadə edərək mühüm qərarlar aldıqlarını bildirib.

“Sələf Xəbər”in “Cümhuriyyət” qəzetinə istinadən xəbərinə görə, Rusiya Prezidenti Vladimir Putin Türkiyə ilə ticarətdə rubl və türk lirəsindən istifadə edilməsini təklif edib. Rusiya prezidenti vurğulayıb ki, ticarətdə rubl və türk lirəsindən istifadə edilərsə, hər iki ölkə valyuta təzyiqindən xilas olmuş olar. İki ölkə arasında əlaqələrin inkişafı və ticarət dövriyəsini artırmaq məqsədi ilə rəsmi Ankaranın bu təkliflə razılaşacağı gözlənilir.

Sonuncu dəfə Rusiya və Çin iqtisadiyyatın dollardan asılılığını azaltmaq və ticarətdə milli valyutadan istifadə etmək üçün bu barədə razılığa gəlib.
Xatırladaq ki, 2015-ci ilin noyabrında Putin MDB ölkələri ilə ticarətdə dollar və avronu dövriyyədən kənarlaşdıracaq bir qanun layihəsi hazırladığını da açıqlamışdı.

Sələf Xəbər: Uca Allah buyurur: “Əgər onlar sülhə meyl etsələr, sən də ona meyl et və Allaha təvəkkül et! Həqiqətən, O, Eşidəndir, Biləndir”. (Qurani-Kərim, “Ənfal” surəsi, 61-ci ayə)

Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!

Digər xəbərlər