Putin: “Türkiyəyə qarşı sanksiyalar genişləndiriləcək”
Yanvar 26
19:40
2016
734 dəfə baxılıb
Rusiya Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları genişləndirəcək.
“Sələf Xəbər” AzNews.az-a istinadən məlumat verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Ümumrusiya xalq cəbhəsi”nin regionlararası forumunda çıxış edərkən bəyan edib.
“Biz tikinti-inşaat sahəsində Türkiyəyə qarşı məhdudiyyətləri genişləndirəcəyik. Hazırda ölkəmizdə ümumilikdə 50 milyard dollarlıq müqavilələrlə 300 Türkiyə tikinti şirkəti fəaliyyət göstərir”, – deyə V.Putin bildirib.
Onun sözlərinə görə, sanksiyaların genişləndirilməsi sahəsində Rusiyada yeni 87 min iş yeri açıla bilər.
Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!