Putin və Ərdoğan görüşdü
714 dəfə baxılıb
Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Sankt-Peterburqda keçirilən görüş başa çatıb.
Selefxeber.az-ın məlumatına görə “Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, görüş 2 saat davam edib.
İki ölkə rəhbərlərinin görüşündən sonra tərəflər geniş tərkibdə ikitərəfli əməkdaşlığı müzakirə etməyə başlayıblar.
Prezidentlərin görüşünün nəticəsi olaraq Rusiya və Türkiyə 2019-cu ilədək dövrü əhatə edəcək ticarət əməkdaşlığına dair proqramı bu ilin sonunadək hazırlayıb başa çatdıracaqlar.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev deyib.
Onun sözlərinə görə, sentyabrın əvvəlində məsələ ilə əlaqədar məsləhətləşmələrin aparılması nəzərdə tutulub.
Həmçinin Rusiya və Türkiyə birgə investisiya fondunun yaradılmasını tezləşdirməyə dair razılığa gəliblər. Bunu RF-in iqtisadi inkişaf naziri Aleksey Ulyukayev deyib.
Onun sözlərinə görə, birgə investisiya fondunda Rusiyanı Birbaşa Sərmayələr Fondu təmsil edəcək. Türkiyə ayın sonunadək təmsilçisini müəyyən edəcək.
Ərdoğan həmçinin bildirib ki, Fətullah Gülənin rəhbərlik etdiyi terror təşkilatı Rusiya-Türkiyə münasibətlərini pozmağa çalışıb.
Sələf Xəbər: Müsəlmanların bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik.