Putin və Obama telefonla danışıblar
734 dəfə baxılıb
Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub.
“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, bunu Vladimir Putin “Rusiya 24” telekanalında çıxış edərkən bəyan edib.
Onun sözlərinə görə, söhbət zamanı tərəflər Suriyada atəşkəsə dair sazişi müzakirə ediblər.
Rusiya dövlət başçısı qeyd edib ki, Suriyadakı bütün münaqişə tərəfləri fevralın 26-dək atəşkəs rejiminə sadiq qalacaqlarını təsdiq etməlidirlər: “Razılaşma qüvvəyə mindikdən sonra İŞİD terror xəvaric qruplaşmasına qarşı hava əməliyyatları davam etdiriləcək. Atəşkəs rejimi ilə bağlı Rusiya tərəfi Suriya hökuməti ilə zəruri işlər görəcək. Ümidvarıq ki, ABŞ rəhbərliyi öz növbəsində dəstək göstərdiyi qruplaşmalara qarşı analoji addım atacaq”.
V.Putin bildirib ki, Rusiya və ABŞ-ın Suriya münaqişəsinin nizamlanmasında gördükləri birgə işlər terrorizmlə mübarizə sahəsində bütün dünya üçün nümunə ola bilər.
Qeyd edək ki, bu gün Rusiya və ABŞ Suriyada atəşkəs rejiminə dair saziş layihəsini imzalayıblar. Atəşkəs rejimi fevralın 27-dən qüvvəyə minəcək.
Sələf Xəbər: Bu ədalətsiz və amansız müharibələr Qərb ölkələrində terror aktları törədən xəvariclərin hərəkətlərinin nəticəsi oldu. Bu sözdə “islam uğrunda döyüşçülər” adlandırılan kəslərdən soruşmaq istərdik ki, siz İslama hansı xeyir gətirdiniz? Qərb ölkələrinin bir neçə min günahsız vətəndaşını öldürüb, nəyə nail oldunuz?
Bu düşüncəsiz terror aktları nəticəsində, qərb ölkələri, terrorçuluqla mübarizə bəhanəsi ilə, Əfqanıstana və İraqa zorla girdilər. Müsəlmanların qanı töküldü, bir çox insanlar evlərini və daimi yaşayış yerlərini itirdi, həmin ölkələrin iqtisadiyyatı isə dağıldı.
Dünya cəmiyyəti gözündə İslam zorakılıq və qəddarlıq dini kimi təqdim edildi, insanlar saqqallı kişilərdən və hicablı qadınlardan və İslamla bağlı olan hər şeydən qorxmağa başladılar. Bu hal elə bir miqyasa çatdı ki, demək olar hər bir müsəlman bunu öz üzərində hiss edə bildi. Fəsadçı insanlardan ibarət kiçik bir qrupun milyardlıq müsəlman icmasının həyatına göstərdiyi təsir heyrətləndiricidir.Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhu usul ət-təfsir)