Putin yanvarın 1-dən Türkiyə ilə vizanın dayandırılmasına qərar verdi
637 dəfə baxılıb
Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər haqqında fərman imzalayıb.
Rusiya Prezidenti Vladimir Putin 2016-cı ilin yanvarın 1-dən Türkiyə ilə viza rejiminin dayandırılmasına dair göstəriş verib.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bu tədbirlər Rusiya ərazisində müvəqqəti yaşamaq hüququna malik Türkiyə vətəndaşlarına, həmçinin Türkiyənin Rusiyadakı diplomatik missiyalarının işçilərinə və onların ailə üzvlərinə şamil edilməyəcək.
Xəbər verildiyi kimi, Rusiya Prezidenti Vladimir Putin, həmçinin 2016-cı ilin yanvarın 1-dən Türkiyə vətəndaşlarının Rusiyada işə götürülməsinə qadağa qoyub.
Qeyd edək ki, Vladimir Putin, həmçinin Rusiyada Türkiyə yurisdiksiyasında olan təşkilatların fəaliyyətinə qadağa qoyub.
Bundan başqa, Rusiya prezidenti Türkiyədən malların Rusiyaya gətirilməsinə qadağa qoyulmasına dair göstəriş verib.
Qeyd edək ki, V.Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər haqqında fərman imzalayıb.
Sələf Xəbər: İkinci xəlifə Ömər ibn Xəttab (Allah ondan razı olsun) demişdir: “Biz elə bir ümmətik ki, Allah bizi İslam ilə izzətləndirib. Əgər biz İslamdan qeyrisində (qərbdə, avropada) izzət axtarsaq, Allah bizi zəlil edər”. (Müstədrək Hakim)