Putinin əsas məqsədi Palmiranı geri almaqdır
784 dəfə baxılıb
Rusiya Palmira şəhərini İŞİD terror xəvaric qruplaşmasından geri almaq üçün Suriyaya qüvvə göndərir.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu iddianı İngiltərənin “İndependent” qəzetinin Yaxın Şərq müxbiri Robert Fisk yazıb.
O, Rusiyanın Suriyaya Prezident Bəşər Əsədlə həmrəy olduğunu göstərmək və yaxud Tartusdakı bazalarını qorumaq üçün girmədiyini qeyd edib:
“Rusiya Prezidenti Vladimir Putinin əsas arzusu Palmiranı İŞİD terror xəvaric qruplaşmasından geri almaqdır. O, Roma qalıqlarının olduğu şəhərin ələ keçirilməsinin Rusiyaya böyük prestij qazandıracağını düşünür. Palmiranın qarşıdakı bir neçə həftə ərzində tutulması planlaşdırılır. Bu şəhərin geri alınması Əsədin mövqeyini daha da gücləndirəcək. ABŞ və İngiltərənin bəhs etdiyi keçid hökuməti isə həqiqəti əks etdirmir. Rusiya Suriyaya qoyduğu vəsaitdən sonra Əsədin getməsinə göz yummayacaq. Palmiradan sonra isə Hələbin işğal olunan hissələri geri alına, İŞİD terror xəvaric qruplaşmasının paytaxtı Rakka tutula bilər”.
Qeyd edək ki, İŞİD terror xəvaric qruplaşması bu ilin mayında qədim Palmira şəhərini ələ keçirib.