Putinin köməkçisindən şok iddia: “İŞİD “Mossad”dan hərbi təlim alır”
954 dəfə baxılıb
Rusiya prezidenti Vladimir Putinin köməkçilərindən olan Aleksander Proxanov İŞİD terror qruplaşması ilə İsrail kəşfiyyatı arasındakı əlaqələrlə bağlı şok iddia səsləndirib.
“Sələf Xəbər”in Publika.az-a istinadən verdiyi xəbərə görə, Proxanov İraq və Suriyada böyük ərazilərə nəzarət edən İŞİD terror xəvaric qruplaşmasının İsrailin kəşfiyyat təşkilatı “Mossad”dan hərbi təlim aldığını söyləyib.
Putinin köməkçisi, həmçinin, İŞİD terror xəvaric qruplaşmasının ABŞ-ın əlində olan bir vasitə olduğunu deyib.
“ABŞ Avropaya əgər biz müdaxilə etməsək, İŞİD sizə zərər verər deyir. İŞİD-in əsas hədəfi isə Rusiya və İrandır. Onlar bir neçə gün bundan əvvəl Çeçenistanın paytaxtında bizə hücum etdilər. ABŞ və İsrail eynidir və ikisi də İŞİD kimi terrorçu qrupları dəstəkləyirlər”, -deyə A.Praxonov vurğulayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl İrandan da oxşar bəyanat səsləndirilib. İran ordusunun generalı Məsud Cezairi İŞİD-in ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən qurulduğunu iddia edib. “Rusiyanın Səsi” radiosunun xəbərinə görə, iranlı general əllərində İŞİD-in CİA-nın məhsulu olduğunu sübut edən sənədlərin olduğunu deyib.