Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Pxenyana hücum planı – Pentaqon əmr gözləyir

Avqust 10
15:14 2017

Pentaqon Şimali Koreyaya fövqəladə hücum planı hazırlayıb.
Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, bu barədə NBC informasiya yayıb.
Məlumata görə, plana əsasən, Quam adalarındakı “Andersen” hərbi bazasından hücum əməliyyatları üçün qalxan “B-1B Lanser” bombardmançı təyyarələri Şimali Koreyaya zərbələr endirəcək. Pentaqon əməliyyat nəticəsində onlarla raket buraxılış və sınaq məntəqələri, həmçinin texniki təminat obyektlərini vurmağı da nəzərdə tutub.

Qeyd edək ki, ABŞ bir qədər əvvəl Yaponiya və Cənubi Koreya ilə birgə təlimləri zamanı Koreya yarımadası yaxınlığında “B-1B Lanser” bombardmançı təyyarələrindən istifadə etmişdi.

Digər xəbərlər