Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Qaçqınlar dövləti”

İyul 28
13:23 2015

Amerikalı milyonçu Ceyson Buzi istənilən ölkədən olan qaçqının yaşaya biləcəyi dövlət yaratmağı təklif edib.

“Sələf Xəbər”in Trend-ə istinadən verdiyi məlumata görə, biznesmenin fikrincə, ideyası dünyadakı qaçqın və məcburi köçkünlərlə bağlı məsələni həll edəcək.

Yəhudi əsilli milyonçu qeyd edib ki, özünün “Qaçqınlar milləti” layihəsini həyata keçirmək məqsədilə ölkələrin istifadə etmədiyi torpaqları almaq və ya dənizdə adalar yaratmaq lazımdır.

O, ümid edir ki, yeni ölkə 59,5 milyon qaçqına ev sahibliyi edə bilər. C.Buzi İsraili misal çəkərək belə layihənin uğur qazanacağına əmindir: “İsrail demək olar ki, qaçqınlar ölkəsi kimi yaradılıb, amma yalnız yəhudi qaçqınlar əsasında”.

Sələf Xəbər: Uca Allah buyurur: “Şübhəsiz ki, Allah iman gətirənləri mühafizə edir”. (Qurani-Kərim, “Həcc” surəsi, 38-ci ayə)
“Bu ayə iman gətirənlər üçün hekayət, vəd və müjdədən ibarətdir. Allah onları hər pislikdən və xoşagəlməz şeylərdən qorumağı vəd etmişdir. Onlar öz imanları sayəsində, kafirlərin törədə biləcəyi şərdən, şeytanların şərindən və vəsvəsəsindən və həmçinin öz nəfslərinin və cinayətlərinin şərindən mühafizə olunurlar. Onların qismətinə öhdəsindən gələ bilməyəcəkləri çətinliklər və fəlakətlər düşməyə başladıqda, Allah onların nəsibi olacaq əzab-əziyyəti lap azaldır. Hər bir möminə belə müdafiə və şərəf onun imanının gücündən asılı olaraq göstərilir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər