Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Qadınlar üçün xüsusi avtodayanacaq

Sentyabr 01
15:21 2016

Qadınlar üçün xüsusi avtodayanacaq

Birləşmiş Ərəb Əmirliklərinin Bələdiyyə və Nəqliyyat Nazirliyi qadınlar üçün xüsusi dayanacaqlar təşkil edib.

Artıq Abu-Dabi şəhərində yaşayan bir çox qadın onlar üçün ayrılmış dayanacaqda rahatlıqla yer tapıb öz avtomobillərini saxlaya biləcəklər.

Ümumilikdə zərif cinsin nümayəndələri üçün çoxmərtəbəli binalarda hələki 200-ə yaxın çəhrayı rənğlə boyanmış yeraltı dayanacaqlar təşkil olunub. Zamanla bu dayanacaqların sayının artacağı planlaşdırılır.

Qadınlar üçün nəzərdə tutulmuş dayanacaqları zəbt etmək istəyən kişiləri isə müfəttişlər tərəfinfən cərimə və avtomobillərinin cərimə meydançasına aparılması gözləyir.

BƏƏ hakimiyyət orqanlarının xanımlar üçün irəli sürdüyü bu təşəbbüs onlara avtomobilləri üçün rahat yer tapmaqda kömək etməklə yanaşı, həmçinin qadınların toxunulmazlığını qorumağa yönəldilmişdir.

Sələf Xəbər: Bir dəfə şeyx Albanidən (Allah ona rəhmət etsin) soruşdular :”Qadın avtomobildə sükan arxasında gedə bilərmi?”

Şeyx cavab verdi: “Əgər qadının uzunqulağa minməsi icazəlidirsə, onda sükan arxasında getməsi də icazəlidir”. Ətrafdakılar güldü.

Şeyx Albani soruşdu: “Bu barədə “olmaz” deyən olubmu? Kim deyib ki, qadınlar uzunqulağa minə bilməz? Xeyr, heç kim belə deməyib!”
Soruşan: “Şeyx, məgər avtomobil sürməklə uzunqulaq üzərində getmək arasında fərq yoxdur?”

Şeyx Albani dedi: “Bəs hansında o daha örtülüdür?!”
Soruşan: “Uzunqulaq üzərində”.

Şeyx Albani: “Nə? Heyvan üzərində yoxsa maşında?!”
Soruşan: “Uzunqulaq üzərində”.

Şeyx Albani: “Uzunqulaq üzərində qadın örtülüdür?! Allah səni doğru yola yönəltsin!” Bunu deyib, şeyx güldü. (Dinlə “əl-Əcvibə əl-Albaniyə” № 2).

Digər xəbərlər