“Qara qutu”dakı səs qeydləri pilotların təkbiriylə bitir – VİDEO
2. 001 dəfə baxılıb
AirAsia təyyarəsinin pilotlarına aid olduğu iddia edilən səs qeydləri onların təkbir demələriylə bitir.
Ötən gün İndoneziyanın Yava dənizinə düşən AirAsia təyyarəsinə aid “qara qutu”nun çıxarılması barəsində xəbər vermişdik. Eyni zamanda, uçuş məlumat qeydləri (FDR) əldə edilmişdi. Bu gün isə digər hissəsi olan səs qeydedicisi (CVR) dənizdən çıxarıldı.
“Sələf Xəbər”in t24.com.tr-yə istinadən xəbərinə görə, səs qeydedicisinin çıxarılmasından qısa bir müddət sonra internetə 2 dəqiqə 10 saniyəlik AirAsia təyyarəsi pilotlarına aid olduğu iddia edilən səs qeydləri düşüb. Səs qeydlərinə görə pilot ilə köməkçi pilot arasındakı danışıq belədir:
Pilot: Yaxşı, bunu köçürdəcəyəm, inşallah. Bu şəkildəkindən fərqli.
Köməkçi pilot: Bəli.
Pilot: Bu nizamsızdır.
Köməkçi pilot: Bəli doğrudur.
Pilot: Bambuk gəmisi kimi olduq, bunu istifadə edək.
Köməkçi pilot: (Gülür)
Pilot: Sıfır yeddi. (qüllə ilə danışır)
Pilot: Alçalaq, yoxsa yüksələk?
Köməkçi pilot: yüksələk.
Pilot: Qətiyyən, sola dönmə (təlatümlə)
Köməkçi pilot: Kapitan baxın, baxın (göstəriciləri göstərdiyi güman edilir)
İki pilotun yüksək səslə təkbir gətirməsiylə bitən səs qeydinin pilotlara aid olub- olmadığı haqqında hələlik bir açıqlama verilmədi.
QZ8501 nömrəli AirAsia təyyarəsinin eniş səbəbi “qara qutu”nun araşdırılmasından sonra qətilik qazanacaq. Səlahiyyətlilər araşdırmaların 10 ay çəkə biləcəyini söyləyiblər.
Xatırladaq ki, QZ8501 uçuş nömrəli AirAsia təyyarəsi, 28 dekabr günü İndoneziyanın Surabaya şəhərindən Sinqapura gedərkən Yava dənizinə düşmüşdü. Təyyarədəki 162 nəfərdən sağ qalan olmamışdı.
Sələf Xəbər: Uca Allah buyurur: “Heç kəs sabah nə qazanacağını bilə bilməz, heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır.” (Qurani-Kərim, “Loğman” surəsi, 34-cü ayə).
“Yalnız Uca Allah bilir ki, insanı sabahkı gündə hansı maddi və mənəvi nəaliyyətlər gözləyir. Təkcə Allaha məlumdur ki, insana harada ölməsi nəsib olacaqdır. Bu şeylər haqqında biliklərə Allahdan başqa heç kim sahib deyildir və bu – Allahın elminin cüzi bir hissəsidir ki, tamamilə bütün varlıqları əhatə edir. Bilən və Xəbərdarolan adları – Allahın gözəl adları arasındadır. Ona aşkarda və qeybdə olanlar da, gizlində və açıqda olanlar da məlumdur.” (Bax: “Təfsir Əs-Saadi”)