Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Qarışıq olmayan məktəblər daha çox səmərə verir – VİDEO

Fevral 14
16:15 2017

Selefxeber.az-ın “twasul.info” saytına istinadən xəbərinə görə, Böyük Britaniyada yalnız oğlanlar üçün nəzərdə tutulan “Otago” orta məktəbinin idarə heyəti bildirib ki, oğlanların qarışıq olmayan məktəblərdə təhsili daha çox səmərə verir. Qız və oğlanların qarışıq təhsil alması təhsilin keyfiyyətinin azalmasına səbəb olur.

Xəbərdə deyilir ki, orta məktəbin yalnız oğlanlar üçün nəzərdə tutulması təhsil səviyyəsini yüksəltmək məqsədi daşıyır. Çünki araşdırmalar göstərir ki, qız və oğlanların ayrı-ayrı təhsil alması onların təhsil səviyyəsini daha yüksək edir.

🎬

Sələf Xəbər: İslam şəriəti yad kişi və qadınların qadağan edilmiş ünsiyyətinin əleyhinədir. Orta məktəblərdə yuxarı sinif şagirdlərinin də qarışıq təhsil alması islam şəriətinin ülvi qaydalarına uyğun deyil. Əlbəttə ki, biz iman edirik ki, dinimizdə nə qadağan edilibsə, onda böyük xeyir vardır. Bu işdə də həmçinin belə düşünürük. Düşünürük ki, oğlan və qızlrın ayrı-ayrılıqda təhsil alması daha səmərəlidir. Bunu müasir araşdırmalar da təsdiq etməkdədir. Heç qəribə deyil ki, bir çox qərb ölkələrində artıq belə təhsil ocaqlarının sayı çoxalmaqdadır. Yüksək təhsil əldə etmək istəyən cəmiyyətlər mütləq şəkildə bu cür məktəblərin inşasında maraqlı olmalıdırlar.

Əlbəttə, islam dini cəmiyyət üzvlərinin elmli və savadlı olmasının tərəfdarıdır. Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) həyatına baxsaq görərik ki, o peyğəmbərliyinin ilk günlərindən insanları elmə, biliyə dəvət etmişdir. Təbii ki, insana ilk lazım olan bilik əvvəlcə Yaradanı dərk etmək, ona ibadət etməyin yollarını öyrənməkdir. Bundan əlavə ona lazım olan sahədə elmi öyrənməlidir. O həmişə yazıb oxumağa, başqa dil öyrənməyə, döyüş sahəsində elmə yiyələnməyə, idman və tibb sahəsində elm sahibi olmağa dəvət etmiş, özü də bu işlərdə nümunə olmuşdur. Dövrünün xristian və yəhudiləri alimləri öldürdükləri halda, islam alimlərə elmi işlərində dəstək vermişdir.

Digər xəbərlər