Qatar qəzasında kimyəvi maddələr çaya dağılıb
821 dəfə baxılıb
ABŞ-da böyük fəsadlara və ekoloji fəlakətə səbəb ola biləcək növbəti qatar qəzası baş verib. Belə ki, Ayova ştatının Dyubuk şəhəri yaxınlığında kimyəvi maddələr daşıyan qatar relsdən çıxıb.
“Sələf Xəbər”in Teleqraf.com-a istinadən məlumatına görə, yük qatarının 11 vaqonundan 3-ü Missisipi çayına aşıb. Daha üç vaqonun alovlandığı bildirilir. Vaqonların yükünü, əsasən, etanol təşkil edib.
Xatırladaq ki, bir gün əvvəl Nyu-Yorkda sərnişin qatarının iki avtomobillə toqquşması nəticəsində 6 nəfər ölmüş, 15 nəfər xəsarət almışdı.
Sələf Xəbər: Dində müəyyən qızıl qaydalar (qəvaid fiqhiyyə) vardır ki, İslamın bir çox prinsiplərini özündə ehtiva edir. Bu qaydalardan biri də Peyğəmbər (Allahın ona salavat və salamı olsun) hədisinə əsaslanan “Zərər verməkdə yox, zərər almaqda yox!” qaydasıdır.
Bu qayda həyatın bütün sahələrinə aid olub, ətraf mühitin qorunmasına da şamil edilir. Çünki ətraf mühit çirkləndikcə bizim səhhətimiz korlanır, başqa sözlə, ya zərər vuranlardan, ya da zərərə uğrayanlardan oluruq.
Hava, su və torpağın çirklənməsi, səhralaşma proseslərini gücləndirən amillərin hamısı bəşəriyyətdə qida qıtlığına, müxtəlif bilinən və bilinməyən xəstəliklərin yaranması və yayılmasına, heyvanların və bitkilərin bəzi növlərinin kökünün kəsilməsinə, iqlim dəyişikliklərinə gətirib çıxarır.
Heç şübhəsiz ki, ətraf mühit də Allahın ən möhtəşəm yaratdıqlarından biridir.