Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Qazaxıstan latın əlifbasına keçir

Aprel 12
18:13 2017

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev latın əlifbası əsasında Qazaxıstan əlifbasının vahid standartının hazırlanması ilə bağlı sərəncam imzalayıb.

Selefxeber.az xəbər verir ki, “APA”-nın xəbərinə görə, bu barədə Qazaxıstanın dövlət qəzeti olan “Eqemen Kazaxıstan” qəzetində məlumat yer alıb. Sərəncama əsasən 2017-ci ilin sonuna kimi latın qrafiki ilə vahid Qazaxıstan əlifbası standartı hazırlanmalıdır. N. Nazarbayev yeni əlifbanın öyrənilməsi üzrə mütəxəssislərin 2018-ci ildən işə başlaması və orta təhsil müəssisələri üçün yeni əlifba ilə dərsliklərin hazırlanması barədə də göstəriş verib. Prezident bildirib ki, 2025-ci ildə Qazaxıstan artıq sənədləşməni, dövri nəşrləri və dərslikləri latın əlifbası ilə çıxarmalıdır.

Xatırladaq ki, 1929-1940-cı illərdə Qazaxıstan latın əlifbasından istifadə edib.

Digər xəbərlər