Qətl edilmiş humanitar təşkilat işçisinin qardaşı günahı İslamda görmür
914 dəfə baxılıb
“Sələf Xəbər” Daily Mail qəzetinə istinadən bildirir ki, başı kəsilmiş humanitar yardım işçisi Devid Heynsin qardaşı Quran ayələrini oxuyaraq dünyanı “pisliyi yaxşılıqla dəf etməyə” çağırıb.
Mayk Heyns bildirib ki, kamera qarşısında 44 yaşlı iki uşaq atası olan və həyatını müharibənin qurbanlarına kömək etməyə həsr etmiş qardaşının başının kəsilməsində günahkar İslam yox, ekstremizmdir.
Dəhşətli video görüntülərdə, Devid Heynsin başı “İslam Dövləti” terror xəvaric qruplaşmasının döyüşçüsü, britaniyalı “cihadçı Con” adı verilən terrorçu tərəfindən kəsilir. BBC kanalına müsahibə verən Cənab Heyns bildirir: “Mənim ilk reaksiyam nifrət olmalı idi. Lakin mənim qardaşımın həyatında nifrətə yer yox idi. Onun həyatı bütün insanlara qarşı sevgi ilə dolu idi. Radikallaşma, dünyadakı hər bir insanın təhlükəsizliyinə ən böyük təhdid olmaqda davam edir. Günü-gündən həyatımızın bütün sahələrində radikallaşmaya daha da çox rast gəlirik.
Bu irqi, dini və ya siyasi məsələ deyil – bu insanlıq məsələsidir və biz gündəlik həyatımızda bununla rastlaşırıq. Mənə Qurandan bir neçə ayə məlumdur və düşünürəm ki, hal-hazırda onları oxumaq yerinə düşər: “Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar”. Bu, Quranın 41-ci surəsinin 34-cü ayəsidir.”
O sözlərinə əlavə edib: “Müsəlman dini İŞİD-ə (İraq və Şamda İslam Dövləti) görə cavabdeh deyil. Bu, Yaxın Şərqli insanların da günahı deyil. Cəmiyyətdə bir çox hüquqsuz insanlar operativ nəzarətin həyata keçirilməsi üçün tam nəzarətin cəlb edilməsi və terrordan istifadəyə geniş şəkildə əl atır. Gördüyünüz kimi, təkcə britaniyalılar yox, bir çox əcnəbi millətlərin nümayəndələri İŞİD-in tərəfində döyüşür. Mənim ailəm və mən, hökumətin İŞİD-in tərəfində döyüşməyə yollananların kimliyinin müəyyən olunmasının və onları əməllərinə görə məsuliyyətə cəlb etməyin zəruri olduğu barədə fikirləri ilə razıyıq”.
“…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür.”
Müqəddəs Quran, “Maidə” surəsi, 32-ci ayə