Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Qeyri-İslam dövlətində “İslam kəndi”

May 26
15:34 2016

Avstraliyanın Melbrun şəhərinin qərbində müsəlmanlar üçün “İqra kəndi” adlı unikal yaşayış mikrorayonunun tikintisi planlaşdırılır.

Ölkədə uzun müddət yaşayan və Cənubi Asiyadan gəlmiş immiqrantlar üçün nəzərdə tutulmuş bu ərazi 75 evi əhatə edən “İqra kəndi” (iqra – ərəb dilində “oxumaq” mənasındadır) adlanacaq. Rayon mərkəzində müsəlman əhali üçün həmçinin məscid tikilməsi də layihənin bir hissəsini təşkil edir.

Avstraliya Federasiyası İslam Şurasının xəzinədarı Keysar Tradın sözlərinə görə, ayrı-seçkilikdən və islamofobların hücumlarından əziyyət çəkən bir çox müsəlman məmnuniyyətlə yeni tikiləcək rayona köçəcək.

O, həmçinin qeyd edib ki, yeni ərazidə məscid və islam məktəbləri tikildiyi zaman müsəlmanlar artıq islam infrastrukturlarını öz məhəlləsində görmək istəməyən yerli əhalinin etirazları ilə də üz-üzə qalmayacaqlar.

Mənbə: Daily Mail

Sələf Xəbər: Uca Allah buyurur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim”. (Qurani-Kərim, “Maidə” surəsi, 3-cü ayə)

Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!

Digər xəbərlər