Qəzaya uğrayan sərnişin təyyarəsinin raketlə vurulması iddia edilir – FOTO
763 dəfə baxılıb
Rusiyanın “Koqalımavia” aviaşirkətinin Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçan “Airbus A 321” təyyarəsinin Sinay yarımadasında qəzaya uğrayaraq yerə düşdüyü yox, raketlə vurulması ilə bağlı iddiaların sayı sürətlə artır.
“Sələf Xəbər”in Milli.Az-a istinadən məlumatına görə, ABŞ-ın kosmik peyklərindən biri təyyarə səmada olarkən onun göyərtəsində partlayışın olduğunu qeydə alıb.
Bu partlayışdan sonra təyyarənin göyərtəsi dağılıb, salonda böyük təzyiq fərqi yaranıb və sərnişinləri hava, sanki tozsoran təki sovurmağa başlayıb.
Daha sonra təyyarə sürətlə aşağı düşməyə başlayıb. Pilotlar təyyarəni iki dəfə, təxminən 150 metr yüksəkliyə qaldıra bilsələr də, sonra avialayner yerə düşərək partlayıb və yanıb.
Amerikalı ekspertlərin dediklərinə görə, kosmik peyklərin infraqırmızı detektorları “Koqalımavia” şirkətinin təyyarəsində yerə düşməzdən əvvəl eynilə Ukrayna səmasında vurulmuş “Malaysia Airlines” təyyarəsində qeydə alınmış işıltını qeydə alıblar.
“Malaysia Airlines”in “Boeing” təyyarəsi zenit raketi ilə vurulmuşdu.
Ekspertlər onu da deyirlər ki, Rusiyanın “Airbus” təyyarəsinin pilotların səhvi nəticəsində yerə düşməsi birmənalı olaraq istisnadır. Çünki “Airbus” təyyarələrindəki avtomatik uçuş-idarəetmə sistemi, hətta pilotların kobud səhvi zamanı laynerin aşağı düşməsinin qarşısını alır.
Xatırladaq ki, Rusiyanın “MetroJet” (“KolAvia” şirkətinin ticari brendi) aviaşirkətinə məxsus “Airbus A 321” sərnişin təyyarəsinin texniki nasazlıq ucbatından yox, raketlə vurulması nəticəsində yerə düşməsi ilə bağlı ekspert rəylərinin sayı sürətlə artır.
Şarm-əl-Şeyxdən Rusiyanın Sankt-Peterburq şəhərinə uçan “Airbus A 321” təyyarəsində 224 nəfər olub ki, onların 217 nəfəri sərnişinlər idi. Sərnişinlər arasında 25 uşaq vardı.
7K9268 reysi ilə uçan təyyarə ilə əlaqə kəsilməzdən əvvəl o, dəqiqədə, təqribən 6 min fut sürətlə yerə düşüb.
“Koqalımavia” bu təyyarəni 2012-ci ildə satın alıb və “EI-ETJ” kodu ilə qeydiyyatdan keçirib.