Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Qəzza raket atəşinə tutulub

Dekabr 20
20:08 2014

İsrail təyyarələri Qəzza zolağını bombardman ediblər.

“Sələf Xəbər”-in APA-ya istinadən verdiyi məlumata görə, hücum nəticəsində ölən və yaralanan olmayıb.

İsrail hərbçiləri Xan Yunis şəhərində “Həmas”a məxsus infrastrukturun hədəfdə olduğunu bildiriblər.

Bundan əvvəl Qəzzadan buraxılan raket İsrailin cənubuna düşüb. İnsident nəticəsində zərərçəkən olmayıb. İsrail hadisəyə görə məsuliyyəti «Həmas» təşkilatının üzərinə qoyub.

 Sələf Xəbər: Uca Allah buyurur: “Məhz Allaha və Onun Elçisinə qarşı çıxanlar ən zəlil kimsələr arasında olacaqlar. Allah (əzəldən) belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir.” (Quran-Kərim, “Mucadilə” surəsi, 20-21-ci ayələr)

“Bu, Qüdrətli Rəbbin vədi və təhdididir. Bu təhdid Ona və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) müqavimət göstərənlərə, onlara iman gətirməyənlərə və onların hökmlərinə itaətsizlik göstərənlərə yönəldilmişdir. Onlar alçaldılacaqlar və özlərinə köməkçi tapmayacaqlar. Belə bir son necə də pisdir!

Vəd Rəbbə və Onun Peyğəmbərinə (Allahın ona salavat və salamı olsun), elçilərin yolu ilə gedənlərə və bununla da Allahın firqəsinə daxil olanlara yönəldilmişdir. Bu isə uğur qazanmışların firqəsidir. Onların nəsibi – həm bu dünyada, həm də Axirətdə Allahın köməyi, həmçinin qələbə və zəfərdir. Bu vəd nə pozulmayacaq, nə də dəyişdirilməyəcəkdir. Qüdrətli və Böyük Allah Sadiqdir! Heç bir şey Onun qəbul etdiyi qərarı yerinə yetirməsinə maneə ola bilməz!” (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər