Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Qəzzanı bombaladı, qayıdarkən qəzaya düşüb öldü

Oktyabr 06
16:41 2016

Çərşənbə günü İsrail Hərbi Hava Qüvvələrinin pilotu ölkənin cənubundakı Ramon aviabazası ərazisində “F-16” qırıcısından katapult edən zamanı ölüb.

Selefxeber.az-ın məlumatına görə “Report” xəbər verir ki, bu barədə “The Times of Israel” qəzetinin elektron versiyası yazıb.

Məlumata görə, şturman da təyyarəni tərk edib və yüngül xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Təyyarə Qəzzada əməliyyat tapşırığından qayıdıb.

İsrailin Müdafiə Ordusu nümayəndələri pilotu katapult etmək məcburiyyətində qoyan səbəblərin hazırda məlum olmadığını bildiriblər. İnsidentin araşdırılmasına başlanıb.

Sələf Xəbər: Uca Allah zülm etməyi qadağan etmiş və zülmün cəzasının ağır olduğunu bildirmişdir. “Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!” (Ənam surəsi: 93).

Səhih hədisdə isə zülmə məruz qalmış məzlumun duasının mütləq qəbul olunması deyilir. Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Üç dua vardır ki, onlar qəbul olunar – məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi dua”. (Buxari rəvayət etmişdir).

Digər xəbərlər