Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Qəzzaya humanitar yardım aparan gəmi hücuma məruz qalıb

İyun 29
16:05 2015

İsrail Müdafiə Nazirliyinin nümayəndəsi Aviçay Adrai rəsmi şəkildə bəyan edib ki, İsrail donanması Qəzzaya humanitar yardım aparan “Marianne” gəmisini ələ keçirib.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, İsrailə gedən gəmi kursunu dəyişməkdən imtina etdikdə Qəzzaya gedən gəmidəki fəallar saxlanılıb.

“Əl-Cəzirə” kanalı bildirir ki, İsrail donanması “Marianne” gəmisinə Qəzzadan 100 dəniz mili aralı məsafədə hücum edib. Humanitar yük aparan gəmiyə 3 İsrail gəmisi yaxınlaşıb.

“Növbəti dəfə İsrail hökuməti və hərbçiləri özlərini dövlət qulduru kimi apardılar və gəmimizə beynəlxalq sularda hücum etdilər”- gəmidəki fəallardan biri belə deyib.

Hal-hazırda “Marianne” gəmisi İsrailin Aşdod limanında lövbər salıb.

Sələf Xəbər: Uca Allahdan müsəlmanlara səbir verməsini və bizim hamımızın Tək Ona olan ibadətimizi asanlaşdırmasını diləyirik. Uca Allahın dediyi kimi: “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” (Qurani-Kərim, “əl-İnşirah” sürəsi, 5-ci ayə)

Digər xəbərlər