Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Qızmar səhrada “Qar Şəhəri” – FOTO

İyul 26
16:39 2016

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində “Qar şəhərciyi” (Snow City) açılıb.

“Al-Othaim Mall Rabwa” ticarət mərkəzində yerləşən əyləncəli park-şəhərcikdə il ərzində mütəmadi olaraq qar yağacaq, havanın temperaturu isə -3 dərəcə olacaq.

Selefxeber.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, şəhərcikdə bir-birindən fərqli müxtəlif qış əyləncələri təşkil olunub. Buraya gələn şəhər əhalisi xizək sürməklə yanaşı, qarlı qayalara dırmaşır, asma körpüdə gəzərək ümumi mənzərədən zövq alırlar.

Qeyd edək ki, layihənin həyata keçirilməsi 30 milyon dollara başa gəlib. Sahəsi 5 min kvadrat metr təşkil edən şəhərcik eyni anda özündə 350 nəfər ziyarətçi qəbul edə bilir.

📷

snow-city-7

snow-city-4

snow-city-2

snow-city-5

snow-city-1

snow-city-6

Sələf Xəbər: Uca Allah buyurur: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir.” (Müqəddəs Quran, “İbrahim” surəsi, 7-ci ayə)

“Allaha şükr edən hər kəs, daha artıq nemətə nail edilir. Əksinə, kim ki, Allahın xeyirxahlığına naşükürlük göstərirsə, özünü sərt cəzaya məhkum edir ki, bunun da bir qismi – Allahın mərhəmətindən məhrum olmadır. Allaha minnətdarlıq bildirmək, yəni şükr etmək üçün bütün qəlbi ilə Onun mərhəmətini etiraf etməli, əta etdiyi nemətlərə görə Ona həmd etməli və onlardan ancaq Allah xatirinə həyata keçirilən məqsədlər üçün istifadə edilməlidir. İnsan belə etmədikdə, o, naşükür bəndə hesab olunur.” (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər