Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Qorxudan “Allahu Əkbər” deyən aparıcı…

May 14
15:52 2015

Müsəlman aparıcının televiziya proqramı üçün mindiyi yüksək Lunapark qatarında qorxudan “Allahu Əkbər” deyə qışqırması başına iş açıb.

“Sələf Xəbər” Haber7.com-a istinadən məlumat verir ki, Hollandiyada Ajouad Əl Miloudi adlı müsəlman aparıcının televiziya proqramı üçün mindiyi yüksək Lunapark qatarında qorxudan “Lə İləhə İlləllah! Allahu Əkbər!” deyə qışqırması, İslam əleyhdarı Azadlıq Partiyasının (PVV) etirazına səbəb olub.

PVV millət vəkili Martin Bosma, “Allahu Əkbər, insanların Allah adına öldürməzdən əvvəl eşitdikləri son sözdür”, – deyərək istintaqa müraciət etməyə hazırlaşdığını bildirib.

Televiziya rəsmiləri isə Allahu Əkbər ifadəsinin Allah böyükdür demək olduğunu və bunun mübahisə mövzusu edilməsini anlamadıqlarını deyiblər.

Sələf Xəbər: Uca Allah İslamı alçaltmağa çalışanlar barəsində buyurur: “Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır”. (Qurani-Kərim, “Əhzab” surəsi, 57-ci ayə)

Digər xəbərlər