Quban bayramının vaxtı açıqlandı
2. 640 dəfə baxılıb
Uca Allahın İslam ümmətinə lütf etdiyi iki gözəl bayramdan biri, Qurban bayramına sayılı günlər qalmışdır. Hicri təqvimi ilə hər il Zülhiccə ayının 10-da, Həcc günü Qurban bayramı qeyd edilir. Bu il üçün Qurban bayramı Sentyabr ayının 12-nə təsadüf edir.
Ölkə rəhbərliyi Qurban bayramına görə sentyabr ayının 12 və 13-cü günlərini qeyri iş günləri təyin etmişdir.
Qeyd edək ki, bütün islam dünyası bu il sentyabr ayının 12-də Qurban bayramını qeyd edəcəkdir.
Həcc ayininə görə Səudiyyə Ərəbistanı bir neçə gün öncə yeni doğmuş ayı izləmək üçün aidiyyatı təşkilatlara müraciət etmişdi. Həmin təşkilatlar müşahidələr aparmış, lakin yeni doğmuş ayı görə bilməmişlər. Bu səbəbdən həmin ölkənin Ali Məhkəməsi bu il sentyabr ayının 11-ni Ərəfa, 12-ni isə Qurban bayramı günü təyin etmişdir.
Sələf Xəbər: 1434 il əvvəl hələ kifayət qədər ardıcılları olmayan Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) müsəlman təqviminin başlanğıcını simvolizə edən Məkkədən Mədinəyə məşhur hicrətini həyata keçirib (622-ci il). Demək olar ki, (bu hadisədən əvvəl) 13 il ərzində Məkkədə yaşayan bir çox müsəlmanlar məkkəli müşriklər (bütpərəstlər) tərəfindən zülm və işgəncələrə məruz qalmamaq üçün öz dinlərini gizlədirdilər. Bu əlamətdar hadisədən sonra isə, müsəlmanlar öz əmlaklarını və var-dövlətlərini Məkkədə qoyaraq, dəstə-dəstə Mədinəyə köçməyə başladılar. Orada onlar öz dinlərinə açıq və rahat şəkildə etiqad edə bilərdilər.
Qeyd edək ki, dinini xilas etmək məqsədilə köçmək İslamda ən böyük ibadətlərdən biri sayılır. Çünki, köç edən insan yalnız açıq və tam şəkildə öz dininə etiqad edə bilmək məqsədilə özünə ən əziz olan şeyləri (qohumları, əmlakı və s.) tərk edir. Müsəlmanın bu cür əməli onu göstərir ki, onun üçün öz dinindən və Uca Allahın razılığından daha sevimli bir şey yoxdur.
Uca Allah deyir: “Kim Allah üçün hicrət edərsə, yer üzündə çoxlu sığınacaq və bolluq tapar. Kim Allaha və Onun Elçisinə tərəf hicrət edərək evindən çıxdıqdan sonra da ölüm onu haqlayarsa, onun mükafatını Allah verər. Allah Bağışlayandır, Rəhmlidir.” (Müqəddəs Quran, “Nisa” surəsi, 100-cü ayə).
Yeni müsəlman ilinin başlanması barədə onu qeyd etmək lazımdır ki, bir çox müsəlmanlar bu günü qeyd edir və onu bayram günü hesab edirlər. Lakin, nə Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun), nə müsəlmanların ilk üç nəsli heç vaxt bu günü qeyd etməyiblər. Bu səbəbdən, bu günün bayram edilməsi dində yenilikdir (bidətdir) və beləliklə İslamda haram əməldir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim bizim bu işimizə ondan olmayan bir yenilik gətirərsə, qəbul olunmaz” (əl-Buxari).
Yeni müsəlmanın ilinin başlaması ilə edilən təbriklərə gəldikdə isə, bundan çəkinmək daha yaxşıdır. Məşhur islam alimi, mərhum Məhəmməd əl-Useymindən (Allah ona rəhmət etsin) yeni ilin başlaması ilə əlaqədar təbriklərin icazəli olub-olmaması barədə soruşublar, o isə cavab verib: “Əgər kimsə səni təbrik etsə, onun təbrikinə cavab ver, lakin onu birinci təbrik etmə”. Daha sonra, şeyx əl-Useymin izah edir: “Çünki mənə əməlisaleh sələflərin bir-birini yeni il münasibətilə təbrik etməsi barədə məlum deyil. Əksinə, bizə məlumdur ki, Məhərrəm ayı yalnız xəlifə Ömər ibn əl-Xəttabın, Allah ondan razı olsun, hakimiyyəti dövründə yeni ilin ilk ayı kimi hesablanmağa başlanıb”.
Xatırladaq ki, İslamda 2 müqəddəs bayram var – 3 gün davam edən Qurban bayramı və müqəddəs Ramazan ayının bitməsi ilə başlayan Ramazan bayramı.