Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Qüds səsverməsinə qatılmayan müsəlman ölkəsi hansıdır?

Dekabr 22
17:36 2017

Avropa Birliyinə üzv 6 ölkə Brüsselin rəsmi mövqeyini dəstəkləməyərək, BMT-nin Baş Assambleyasında Qüdslə bağlı səsvermədə bitərəf mövqe nümayiş etdirib, keçmiş SSRİ-dən olan 4 ölkə isə ümumiyyətlə səsvermədə iştirak etməyib.

Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, bu barədə RİA informasiya yayıb.

Nəticələrə əsasən, qərarın əleyhinə ABŞ və daha 8 ölkə – İsrail, Qvatemala, Honduras, Marşal adaları, Mikroneziya, Nauru, Palau və Toqo səs verib. Bitərəf qismində səs verən ölkələr sırasında 6 (Macarıstan, Xorvatiya, Çexiya, Polşa, Latviya, Rumıniya) Avropa Birliyi üzvü olub. Həmçinin Argentina, Avstraliya, Benin, Haiti, Kanada, Meksika, Ruanda, Yamayka və başqaları da bitərəf mövqe nümayiş etdirib.

20 ölkə sənədə heç bir münasibət bildirməyərək, ümumiyyətlə səsvermədə iştirak etməyib. Onların arasında Gürcüstan, Ukrayna, Monqolustan, Moldova, Türkmənistan, Zambiya, Keniya və Salvador yer alıb.

BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı ABŞ Prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı qərarı 128 lehinə, 9 əleyhinə, 35 bitərəf olmaqla rədd edilib.

📷

bmt

Digər xəbərlər