Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Qurani-Kərimi yandıran amerikalı həbs edilib

Dekabr 30
16:02 2015

Ədliyyə Nazirliyi onun, möminləri hədələdiyi və qorxutduğu üçün həbsə məhkum olunduğunu deyib.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Missuri əyalətində bir məscidin divarına hədə-qorxu mesajları yazan və 2 Qurani-Kərim kitabını yandıran şəxs barəsində yerli məhkəmə həbs qərarı verdi.

“Sələf Xəbər” ANS PRESS-ə istinadən məlumat verir ki, bu barədə açıqlama verən Ədliyyə Nazirliyi 23 yaşlı Adam Devid Smokun məscid möminlərini hədələdiyi və qoruxtduğu üçün həbsə məhkum olunduğunu deyib.

Nazirliyin açıqlamasında, Smok və 2 dostunun 2011-ci ilin yanvar ayında Missuri əyalətinin Sprinqfild şəhərindəki məscidin divarına təhqir və hədə-qorxu məzmunlu yazılar yazdığı bildirilir. Həmçinin eyni ilin aprel ayında Smokun eyni dostları ilə Qurani-Kərim nüsxələrini yandırdığı və hədə-qorxu mesajları ilə məscidin qarşısına atdığı ifadə olunub.

Bu hərəkətləri səbəbəindən məhkəmə Smok barədə 14 günlük həbs qərarı verib. Bundan başqa 5 il polis nəzarətində qalacaq Smok məscidə vurduğu ziyana görə 10 440 dollar cərimə olunub. Məhkəmə, həmçinin onun 40 saat ictimai xidmətdə fəaliyyət göstərməsini qərarlaşdırıb.

Daha əvvəl amerikalı rahib Terri Cons da müsəlmanların müqəddəs kitabı Qurani-Kərimi yandırmışdı. Onun bu hərəkəti İslam dünyasında hiddətlə qarşılanmış, Amerikanın Əfqanıstanda fəaliyyət göstərən hərbi missiyasının binası bu səbəbdən müsəlmanların hücumuna məruz qalmışdı.

Sələf Xəbər: Uca Allah İslamı alçaltmağa çalışanlar barəsində buyurur: “Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır”. (Qurani-Kəim, “Əhzab” surəsi, 57-ci ayə)

Digər xəbərlər