Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Qurani-Kərimin ən qədim nüsxəsi

Dekabr 24
15:38 2015

Dünyada ən qədim Quran nüsxəsi 7-ci əsrə aid əlyazma hesab edilirdi.

Dünyanın ən qədim Quran fraqmenti Birminqem Universitetinin bu ilin yayında aşkar etdiyi və oktyabrda sərgiyə çıxardığı fraqmentin yaşı məlum olub.

“Sələf Xəbər”in Anspress-ə istinadən məlumatına görə, Böyük Britaniyada Birminqem Universitetinin kitabxanasında aşkar edilən dünyanın ən qədim Quran fraqmentinin tarixçəsi açıqlanıb.

Mütəxəssislərin bu Quran fraqmentinin 1370 il əvvəl yaradılması ilə bağlı iddiası öz təsdiqini tapıb.

Tapılan fraqmentdə 18-ci surədən 20-ci surəyə kimi olan hissə verilib. Aparılan təhlillər onu göstərib ki, surələr və ayələr qoyun və ya keçi dərisi üzərinə 568-645-ci illər aralığında həkk edilib.

Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) 571-632-ci illərdə yaşadığı üçün hesab edilir ki, bu Quran fraqmentini yazan şəxs Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) müasiri olub və Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) görmək və ya dinləmək imkanına malik olub.

Həmin fraqmentin daha əvvəl Misirin ən qədim məscidi olan Əmir ibn əl-As məscidində saxlandığı da ortaya çıxıb.

Britaniyalı alimlər əmindirlər ki, Birminqem əlyazmasının eynisi Fransanın Milli Kitabxanasında da mövcuddur.

Birminqem Universitetinin tapıntısına qədər dünyada ən qədim Quran nüsxəsi 7-ci əsrin sonlarına aid əlyazma hesab edilirdi.

Sələf Xəbər: Təqdirəlayiqdir ki, öz böyük həcmi və dərin müdrik mənasına baxmayaraq, digər dini və dünyəvi kitablar kimi səhifələrdə yox, Quran əsrlər boyunca milyonlarca müsəlmanın ağlında və ürəyində qorunur. Bütün dünyada milyonlarla müsəlman (cavandan tutmuş yaşlıya qədər) cildli halda 600-dən çox səhifəsi olan Quranı əzbər bilir (114 surədən (fəsil) və 6200-dən çox ayədən ibarət). Qurani-Kərimin əzbərlənməsi üzrə ixtisaslaşdırılmış mərkəzlərdə oxuyanlar bir qayda olaraq onu 2 ilə əzbərləyirlər (orta hesabla gündə 1 səhifə əzbərləməklə), bəzi mərkəzlərdə isə əzbər üzrə sürətləndirilmiş kurs hətta 2-4 aya baş verir. Müsəlman aləmində başlanğıcı 1400 il bundan əvvəl, hələ Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sağlığında qoyulmuş bu təcrübə hələ bu günə qədər də böyük nəsildən kiçik nəslə ötürülür. Bunun mümkün olmasının səbəbi, Quranın fani bir insan tərəfindən yazılmış kitab deyil, Kainatın Yaradıcısının özünün insanlara göndərdiyi açıq-aydın Vəhy və doğru yoldur.

Beləliklə, Uca Allah Quranın əzbərini və başa düşülməsini asanlaşdırmışdır. Buna aşağıdakı Quran ayəsi dəlalət edir: “Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?” (Qurani- Kərim, “Qamər” surəsi, 22-ci ayə)

Dünyada heç bir dini kitabda insanların, müsəlmanların öz müqəddəs kitabını əzbər bildiyi kimi əzbər bildikləri bir dini kitab mövcud deyildir. Məsələn, dünyada xristianların sayı 2 milyardı keçsə də, hər hansı bir xristianın (əlbəttə ki, tam komissiya yoxlaması ilə, necə ki bu bütün Quran əzbərləmə mərkəzlərində baş verir) bütün İncili başdan-ayağa bilməsinin heç olmasa bir rəsmi bəyanatı barədə məlum deyildir. Və əgər bir gün Allahın hökmü ilə bütün dinlərin müqəddəs kitabları məhv edilsə və yer üzərindən silinsə, o zaman müsəlmanlar Quranı Uca Allahın VII əsrdə göndərdiyi şəkildə bərpa edə bilərlər. Bu sadəcə bir uşaq səbəb ilə mümkün ola bilər! Lakin dünyada çox gənc, Quranın 600 səhifəsini də əzbər bilən hələ çox uşaq var. Bir çox müsəlman ölkələrində uşaqlar Quranı artıq 4 yaşda əzbər bilirlər. Bəzən bəzi ərəb ölkələrində fenomen şəklində bu hətta 3 yaşlı uşaqlarda da rast gəlinib.

Həmçinin, bir təəccüblü fakt da mövcuddur ki, Quranı əzbərləmiş yüz minlərlə mənşəcə ərəb olmayan insan var. Çoxlu sayda hafiz Türkiyədə və Şərqi Asiyanın müsəlman ölkələrində yaşayır.
Beləliklə bütün dünyada Quran əzbərləmə məktəbləri Uca Allahın bütün əsrlər boyunca Quranı düşmənlərin və bədxahların təhriflərindən qorumasının səbəblərindən biridir.

Quranı zikr üçün asanlaşdıran və onu hər hansı təhrif və dəyişiklikdən Qoruyan Allaha həmd olsun: “Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq”. (Qurani-Kərim, “Hicr” surəsi, 9-cu ayə)

Digər xəbərlər