Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Raketləri kosmosda vura bilən komplekslər İsrail ordusunun istifadəsinə verilib

Yanvar 20
17:08 2017

Ballistik raketləri kosmosda vurmağa qadir olan “Xets-3” komplekslər İsrail ordusunun istifadəsinə verilib.

Selefxeber.az-ın məlumatına əsasən APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Məlumata görə, “Xets-3” raket əleyhinə müdafiə sistemi İsrail Müdafiə Nazirliyi və ABŞ Raket Əleyhinə Müdafiə Agentliyinin birgə istehsal olunub və artıq İsrail Hərbi-Hava Qüvvələrinin arsenalına daxil edilib.

Qeyd edək ki, “Xets-3” raket əleyhinə müdafiə sistemi ötən il uğurla sınaqdan keçirilib.

Digər xəbərlər