Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ramazan 2016: Çinli gənclər qadağalara baxmayaraq, İslam dinini seçir.

İyun 08
16:54 2016

Çin hökümətinin Ramazan ayında müsəlmanların oruc tutmasına qoyduğu qadağalara və uyğur müsəlmanlarının təqiblərə məruz qalmasına baxmayaraq, İslam dini çinli gənclər arasında ən çox seçilən din olmaqda davam edir.

Çin Xalq Universitetinin tədqiqat mərkəzinin məlumatına əsasən, Çin müsəlmanlarının 22,4%-i yaşı 30 dan az olan çinli gənclərdir. Ümumilikdə, Çində 23,3 milyon müsəlman yaşayır ki, bu da ümumi əhalinin 1,8%-ni təşkil edir. “Pew Research Center” in məlumatına görə, artıq 2030-cu ilə kimi İslam ardıcıllarının sayı təxminən 30 milyona qədər artacaq.

Xatırladaq ki, Çin Kommunist Partiyasının Ramazan ayında müsəlmanlara orucla bağlı qoyduğu qadağalar Sincan vilayətində müəllimlər, tələbələr və dövlət qulluqçularına tətbiq edilir. Eləcə də Çinin ən böyük inzibati bölgəsi olan Sincan vilayətində hökümət “dini ekstremizm” ilə mübarizə aparmaq üçün restoran və mağaza işlədən müsəlman sahibkarlara spirtli içki və siqaret satmağı əmr edib.

Müsəlmanlara qoyulan məhdudiyyətlərə baxmayaraq, tədqiqatlar göstərir ki, ibadət yerlərində çalışan insanların 60%-i hökümətin dini azadlıqla bağlı qoyduğu qaydalara riayət etməyi zəruri hesab edir.

Sincan bölgəsi 18-ci əsrdə Çinin tərkibinə daxil olub. Ən son siyahıyaalma zamanı burada 11 milyon uyğurun yaşadığı bildirilsə də, Uyğur American Assosiasiyası uyğurların sayının 15 milyon olduğunu qeyd edir.

Mənbə: Ansar.ru

Sələf Xəbər: Uca Allah buyurur: “Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbr edib (Allahdan) qorxsanız, (bilin ki,) bu, əzmkarlıq (tələb edən) əməllərdəndir.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 186-cı ayə)

“Kitab əhlindən və müşriklərdən isə onlar çoxlu xoşagəlməz sözlər eşitməli idilər – onları, onların dinini, Kitabını və Elçisini (Allahın ona salavat və salamı olsun) təhqir edəcəkdilər. Allah bu barədə mömin qullarına xəbər verir. Sınaqlar və aldanmalar onlara böyük fayda gətirir.
Birincisi, ilahi hikməti tələb edir ki, belə sınaqlar vasitəsilə həqiqi möminləri yalançılardan ayırsın.

İkincisi, Allah Öz qulları üçün sınaqdan keçməyi öncədən müəyyən edir ki, onlara nemətlərini bəxş etsin, onları yüksəltsin, onların günahlarını yusun, imanını artırsın və etiqadını kamilləşdirsin. Allah möminlərə olacaq labüd çətinlikləri bildirir ki, onlar baş verdikdə möminlər Allahın və Onun Elçisinin (Allahın ona salavat və salamı olsun) doğruçuluğuna əmin ola bilsinlər. Bununla əlaqədar Uca Allah buyurur: “Möminlər müttəfiqləri gördükdə: “Bu, Allahın və Onun Elçisinin bizə olan vədidir. Allah və Onun Elçisi doğru söyləmişlər!” – dedilər. Bu onların yalnız imanını və itaətini artırdı.” (Müqəddəs Quran, “Əhzab” surəsi, 22-ci ayə)

Üçüncüsü, Allah gələcək sınaqlar haqqında ona görə xəbər verir ki, möminlər öz talelərinə itaətkar olsunlar və qismətlərinə sınaqdan çıxmaq düşəndə lazımi qədər səbir edə bilsinlər, axı əgər onlar sınaqlara hazırlaşsalar, onlardan uğurla çıxmaq asan olar. Şübhəsiz ki, bundan ötrü onlar dözümlü, səbatlı və təqvalı olmalıdırlar. Onlar əmlakları və öz canları ilə bağlı sınaqlardan səbirlə keçməli, zalımların verdiyi əziyyətə mətinliklə sinə gərməli və bu zaman təkcə Allahdan qorxmalıdırlar.” (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər