Ramazan 2017: Çin yenə müsəlmanlara oruc tutmağı qadağan etdi
1. 120 dəfə baxılıb
Çin dövlətinin Sinszyan-Uyğur muxtar rayonunda yaşayan uyğur müsəlmanları bu il də Ramazan ayında yerli hakimiyyət orqanları tərəfindən qoyulan bir çox məhdudiyyət və qadağalarla üzləşiblər.
Selefxeber.az Britaniyanın “The İndependent” nəşrinə istinadən xəbər verir ki, Dünya Uyğur Konqresinin məlumatına görə, rayon rəsmiləri gündüz vaxtı bütün restoranlara işləmək barədə göstəriş verib. Ramazan ayında restoranların gündüz saatlarında bağlı olmaması üçün nəzarət tədbirləri gücləndirilib.
Bundan əlavə, oruc tutanlara mane olmaq üçün də müxtəlif tədbirlər görülüb. Çinin Sinszyan-Uyğur muxtar rayonunun cənub-şərqindəki Xotan mahalında tələbələrin məsciddə cümə namazında iştirakının və oruc tutmasının qarşısını almaq üçün onlara cümə günləri “kollektivlə öyrənmək, kommunist filmlərinə baxmaq və idmanla məşğul olmaq” kimi tələblər irəli sürülüb.
Eləcə də Sinszyan-Uyğur muxtar rayonunun dövlət idarələrində işləyənlərə də Ramazanda oruc tutmaq qəti şəkildə qadağa olunub. Qadağaya məhəl qoymayıb oruc tutmağa çalışanlara qarşı isə “xüsusi tədbirlər” görüləcəyi barədə xəbərdarlıq edilib.
Sələf Xəbər: Uca Allah buyurur: “Həqiqətən, (kafirlər) hiylə qururlar. Mən də hiylə qururam. Kafirlərə hələ möhlət ver! Onlara bir az da möhlət ver”. (Qurani-Kərim, “Tariq” surəsi, 15-17-ci ayələr).
“Muhamməd Peyğəmbərə və Qurana inanmayanlar haqqı yer üzündən silmək və yalanı əbədiləşdirmək üçün hiylələr qurur. Allah isə, kafirlərin qəzəbinə baxmayaraq, haqq aydına çıxarıb yalanı yox etmək üçün hiylələr qurur. Və bu qarşıdurmada kimin üstün gələcəyi tamamilə aydındır, axı insan Hər şeyi bilən və Qüdrətli Allahı aldatmaq üçün çox cılız və zəifdir. Bax buna görə tezliklə kafirlər öz pisliklərinin bəhrəsini görəcək və Allahın cəzası üzərilərinə yağacaq”. (Bax: “Təfsir Əs-Saadi”)