Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Rəsmi: Fərat qalxanı əməliyyatı başa çatdı, yeni əməliyyatlar başlayacaq

Mart 30
16:06 2017

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı başa çatıb.

Selefxeber.az-ın “Eurasiadiary.com”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurası iclasının yekun bəyanatında bildirilib.

“Milli təhlükəsizliyin təmin edilməsi, İŞİD təhlükəsinin qarşısının alınması və suriyalı qaçqınların vətənlərinə geri qaytarılması məqsədi ilə həyata keçirilən “Fərat qalxanı” əməliyyatı uğurla başa çatıb”, bəyanatda deyilir.

Qeyd edək ki, “Azad Suriya Ordusu” Türkiyə Silahlı Qüvvələrinin köməyi ilə 2016-cı il, avqustun 24-dən etibarən Suriyanın şimalında İŞİD silahlılarına qarşı əməliyyata başlamışdı.

Türkiyə Suriyada yeni əməliyyatlara başlayır

“Fərat qalxanı” sona çatsa da, terror qruplarına qarşı fərqli adla yeni əməliyyatlar başladılacaq.

Bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım deyib.

“Əl Babda hər şey nəzarətdədir. Terrorçulara qarşı fərqli ad altında əməliyyatlar davam etdiriləcək. İstər İŞİD, istərsə də digər terror qruplarından gələn təhlükənin qarşısı qəti şəkildə alınacaq”, – nazir bildirib.

Qeyd edək ki, Azad Suriya Ordusu (ASO) Türkiyə Silahlı Qüvvələrinin köməyi ilə 2016-cı il, avqustun 24-dən etibarən Suriyanın şimalında İŞİD silahlılarına qarşı əməliyyata başlamışdı.

Digər xəbərlər