Rus əsgərləri Suriyada
844 dəfə baxılıb
“Nyu York Tayms” Rusiyanın Suriyaya çoxlu sayda hərbçi göndərdiyini iddia edib.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ səlahiyyətliləri qəzetə məlumat verib.
Xəbərə görə, Rusiya Suriyadakı hava bazasına yüzlərlə hərbçidən əlavə, müvəqqəti çadırlar və portativ hava nəzarət stansiyası göndərib.
Ötən gün Dövlət Departamentinin rəhbəri Con Kerri ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında bu məsələ müzakirə olunsa da, vəziyyət gərgin olaraq qalır.
Nəşrin iddiasına görə, Rusiya Əsəd rejiminə aktiv dəstəyini gizlətməyə çalışır. Lakin kəşfiyyat məlumatları nəticəsində aydın olur ki, radikal terrorçu qruplaşmalara, xüsusən də İŞİD terror xəvaric qruplaşmasına qarşı mübarizə üçün Moskva Dəməşqə yardımını əsirgəmir.