Rus kilsəsi Suriyadakı əməliyyatları “Müqəddəs Müharibə” adlandırdı – suriyalı xristianlar etiraz etdi
859 dəfə baxılıb
Rus kilsəsi bu həftənin çərşənbə günü “ölkəmiz Suriyada müqəddəs müharibə edir” – sözləri ilə ölkəsinin Suriyada apardığı hərbi əməliyyatlara dəstək verib.
Kilsənin bu bəyanatı suriyalı xristianlar tərəfindən birmənalı olaraq etirazla qarşılanıb. Sosial şəbəkələrdə və müxtəlif media vasitələrində etiraz edən suriyalılar bildiriblər ki, rus kilsəsinin bu çıxışı onları dolayı yolla vətən xainliyində və xarici qüvvələrlə əlbir olub öz həmvətənlərini qırğına sürükləməkdə ittiham etməkdir.
“Sələf Xəbər” “Alarabiyya”ya istinadən məlumat verir ki, “əs-Sultatu ər-Rabiə” ünvanlı Suriyaya məxsus internet saytında gedən məlumatlarda xristian vətəndaşlar bu bəyanata qarşı kəskin etirazlarını bildiriblər.
Nəcib Corci Avad adlı xristian “Xristianlıqda “Müqəddəs Müharibə” adlı bir şey yoxdur. Şərq xristianlığında “Müqəddəs Müharibə” məfhumu yoxdur. Bu ad qərb xristianlarının Səlib yürüşləri zamanı istifadə etdikləri ifadə olub…”, – deyərək hadisəyə kəskin etirazını bildirmişdir.