Rusiya ABŞ-a qarşı yeni silahlar istehsal edir – FOTO
1. 001 dəfə baxılıb
Moskva Pentaqona qarşı öz “kozır”larını ortaya qoydu.
Rusiya Müdafiə Nazirliyi Pentaqonun Avropaya yerləşdirəcək raket əleyhinə müdafiə sistemlərinə qarşı yeni silahların istehsalına başlayıb.
“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, Rusiya Rumıniyaya yerləşdiriləcək ABŞ-ın raket əleyhinə müdafiə sistemlərini Krıma Tu-22M3 tipli bombardmançı təyyarələri yerləşdirərək zərərsizləşdirməyi planlaşdırır. Rəsmi Moskva qısa müddətdə Krıma Tu-22M3 təyyarələrini göndərməyi nəzərdə tutub.
Rusiya Müdafiə Nazirliyindəki mənbədən “İnterfax” xəbər agentliyinə verilən məlumata görə, Tu-22M3 bombardmançı təyyarələrinin hədəfi dəqiq vura bilmə məsafəsi Qara dəniz sərhədlərini aşır. Rusiya bununla hava sərhədlərinin təhlükəsizliyini tamamilə təhlükəsizliyini təmin etməyə çalışır.
Tu-22M3 tipli bombardmançı təyyarə
Rusiyanın Hipersonik 4202 döyüş təyyarələri də ABŞ-ın raket əleyhinə müdafiə sistemlərini də zərərsizləşdirə bilmə qabiliyyətinə malikdir.
“Əgər Hipersonik 4202 təyyarələri uğurlu olarsa, ABŞ-ınb raketdən müdafiə layihəsi mənasız olacaq”, -deyə hərbi mənbə agetnliyə bildirib.
Gələcəyin silahları olaraq bilinən hipersonik təyyarələr çox sürətli olması və raket daşıya bilmə qabiliyyəti ilə digər döyüş təyyarələrini geridə qoyur.
Rusiya Müafiə Nazirliyi hipersonik döyüş təyyarələrinin sınaqlarının bu il də davam edəcəyini bildirən nazirlik rəsmisi ABŞ-ın da yeni döyüş təyyarələri üzərində işlədiyini qeyd edib.
Rusiyanın Hipersonik 4202 döyüş təyyarələri
ABŞ-ın raketdən müdafiə sistemi