Rusiya, ABŞ, Türkiyə və Səudiyyə Ərəbistanın XİN rəhbərlərinin görüşü olub
Oktyabr 30
15:05
2015
741 dəfə baxılıb
Vyanada Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanın XİN rəhbərləri və ABŞ-ın dövlət katibinin görüşü keçirilib.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Rusiya nümayəndə heyətindən bildirilib.
Məlumata görə, görüş bir saatadək davam edib. Bundan əvvəl Avstriyanın paytaxtında Rusiya və İran XİN rəhbərləri arasında görüş baş tutub.
Qeyd edək ki, oktyabrın 30-da qeyd olunan “dördlüyə” daha bir neçə dövlətin XİN rəhbərlərinin qoşulacağı gözlənilir. Onların arasında Misir, İran, İraq və Livanın olacağı bildirilir. Bundan əvvəl Suriya böhranının nizamlanmasına dair danışıqlar formatının genişləndirilməsi təşəbbüsü ilə Rusiya tərəfi çıxış edib.