Rusiya “Admiral Kuznetsov”da ikinci qırıcını itirdi
1. 347 dəfə baxılıb
Rusiyanın “Su-33” qırıcısı “Admiral Kuznetsov” təyyarə daşıyıcısına eniş edərkən göyərtədən kənara aşıb.
Selefxeber.az-ın məlumatına görə Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən “İnterfaks” məlumat yayıb.
Bu burazların qırılması nəticəsində baş verib. Pilot kapitulyasiya edib, onu xilas etmək mümkün olub.
Daha öncə qırıcının qəzaya uğramasına dair mənbələrə istinadən “The Aviationist” məlumat yaymışdı. Nəşrin məlumatına görə, “Su-33” normal hava şəraitində enişə ikinci cəhdi zamanı qəzaya uğrayıb.
Noyabrın 14-də “Admiral Kuznetsov” təyyarə daşıyıcısına “MiQ-29” qırıcısı eniş edərkən qəzaya uğramışdı. Təyyarəçi kapitulyasiya edə bilmişdi.
Rusiyanın “Admiral Kuznetsov”un da daxil olduğu hərbi gəmilərdən ibarət tərkib oktyabrın 15-də Aralıq dənizinə səfərə çıxıb.