Rusiya Azərbaycanı Avrasiya İqtisadi İttifaqına dəvət etdi
1. 009 dəfə baxılıb
“Avrasiya İqtisadi İttifaqına yeni üzvlərin qəbul edilməsini alqışlayırıq. Hazırda Tacikistanın təşkilata daxil olması məsələsinə baxılır”.
Selefxeber.az-ın “Sputnik.az”a istinadən məlumatına görə, bu açıqlamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov verib. ADA Universitetində tələbələr və müəllim heyəti ilə görüşü zamanı Lavrov deyib ki, Aİİ-yə MDB üzvü olmayan ölkələrdən də müraciətlər gəlir.
“Azərbaycanı da bu təşkilatda görməkdən çox məmnun olarıq” — Rusiya XİN rəhbəri bildirib.
“Avrasiya İqtisadi İttifaqı açıq inteqrasiya birliyidir. Biz heç kəsə bu təşkilata daxil olmağı diqtə etməmişik” — o, əlavə edib.
S. Lavrov Rusiya — ABŞ münasibətləri və Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Bu məsələdə Rusiya ABŞ və Fransa ilə ümumi mövqeyə malikdir. Həmsədrlər, səfirlər nazirlərlə görüşürlər, mütəmadi regiona səfər edirlər”.
“ABŞ-la Rusiya arasında münasibətlərin bəzi sahələrdə dalana dirənməsinə baxmayaraq, bu münasibətlər Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində əməkdaşlığa təsir etmir” — o vurğulayıb.
Lavrov ümid etdiyini bildirib ki, pezidentlər arasında keçən ay keçirilən görüş münaqişənin həlli istiqamətində irəli addım atmağa kömək edəcək.