Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Rusiya Ermənistandakı bazasını modernləşdirilmiş qırıcılarla gücləndirib

Fevral 22
17:34 2016

Rusiya Ermənistandakı bazasını qırıcı təyyarələrlə gücləndirib.

Rusiya Ermənistandakı aviabazasına (Erebuni) dördüncü nəsil MiQ-29, modernləşdirilmiş MiQ-29S və modernləşdirilmiş MiQ-8MT nəqliyyat helikopterləri göndərib.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ötən günlərdə Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Hərbi texnika Krasnodar diyarından hərbi-nəqliyyat təyyarələri ilə İrəvan hərbi aerodromuna çatdırılıb. Yaxın günlərdə qırıcı təyyarələr və helikopterlər mühəndis-texniki heyətlə təmin ediləcək və istismara veriləcək. Pilotlar martın ortalarında qırıcı təyyarələrdə uçuşlara başlayacaqlar.

Sələf Xəbər: Uca Allah buyurur: “Biz elçilərimizi aydın dəlillərlə göndərdik və onlarla birlikdə Kitab və tərəzi nazil etdik ki, insanlar ədalətli olsunlar. Biz özündə çox böyük qüvvə və insanlar üçün mənfəətlər olan dəmiri də endirdik ki, Allah, (Onu) görmədən Ona və elçilərinə kömək göstərənləri üzə çıxartsın. Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir”. (Qurani-Kərim, “Hədid” surəsi, 25-ci ayə)
“Allah-Təala, həmçinin dəmiri nazil etmişdir. Bu metal şər törədəndir, çünki ondan silah, zirehli geyim, sipər və sair şeylər hazırlanırdı. Lakin eyni zamanda dəmir insanlara böyük fayda verir. O, bir çox istehsal sahələrində və peşələrdə istifadə olunur, ondan əkinçilik alətləri və qab-qacaq düzəldilir. Dəmir o qədər geniş tətbiq edilir ki, onunla bu və ya digər tərzdə bağlı olmayan bir şey tapmaq çətindir.
Uca Allah Kitab və dəmir nazil etmişdir ki, insanlardan kimin Onun dininə və Onun elçilərinə kömək edəcəyini və qeybə iman gətirəcəyini müşahidə etsin. Həqiqətən də, insan qeybə inandıqda, imanı fayda verər. O, Rəbbin vədinə öz gözləri ilə görüb əmin olduqda isə, iman fayda verməz, çünki o, bu halda, sadəcə, gördüyünü etiraf edir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər