Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Rusiya Ermənistanla birgə vahid ordu yaradır – Təsdiq olundu

İyul 19
16:38 2017

Rusiya Federasiya Şurası Ermənistanla vahid ordu birləşmələrinin yaradılması haqqında sazişi ratifikasiya edib.

Selefxeber.az-ın “Axar.az”a istinadən xəbərinə görə, bu barədə “İnterfax” məlumat yayıb.

“Birgə qrupların yaradılmasında məqsəd Qafqaz regionunda kollektiv təhlükəsizliyin qorunması üçün hərbi təhlükəsizliyin təmin olunmasıdır”, – deyə sənəddə bildirilir.

Sənəddə vahid ordu birləşmələrinin tərkibinə daxil olan idarəetmə orqanları və silahlı qüvvələrinin vəzifəsi istənilən hücum və ya hər hansı bir təcavüz cəhdinin qarşısının alınması kimi göstərilib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin 2016-cı il noyabr ayında Ermənistanla “Vahid ordu birləşmələrinin”yaradılması haqqında sənədi təsdiq etmişdi.

Digər xəbərlər