Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Rusiya Ermənistanla sazişi uzadır – Qoşun qruplaşması… – YENİLƏNİB

İyul 14
18:13 2017

Bu gün Rusiya Dövlət Duması Ermənistanla ötən ilin noyabrın 16-da Moskvada imzalanmış birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında sazişin ratifikasiyasını nəzərdən keçirəcək

Selefxeber.az-ın məlumatına görə, “APA” “RİA Novosti”yə istinadən xəbər verir ki, saziş və sənədə əlavə Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının təyinatı, formalaşdırılması və istifadəsini müəyyən edir.

Sazişdə qeyd olunur ki, Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılmasının əsas məqsədi Qafqaz kollektiv təhlükəsizlik bölgəsində hərbi təhlükəsizliyin təmin edilməsidir.

Müqaviləyə əsasən, birləşmiş qoşun qruplaşmasının əsas vəzifələri Rusiya və Ermənistana qarşı birbaşa hücum hazırlığını müəyyənləşdirmək və dəf etmək; hər iki ölkənin dövlət sərhədinin quru hissəsini qorumaq; hərbi-kosmik məkanda Rusiya və Ermənistanın dövlət sərhədlərinin mühafizəsini həyata keçirmək; hər iki ölkənin qoşunlarının və bölgədəki strateji obyektlərinin havadan müdafiəsində iştirak etməkdir.

Saziş Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının idarə olunması üçün birləşmiş komandanlığın yaradılmasını nəzərdə tutur.

Qoşun qruplaşmasından istifadə qərarı Rusiya və Ermənistanın ali baş komandanları tərəfindən qəbul olunur.

Beşillik hərbi saziş avtomatik olaraq növbəti 5 il müddətə uzadıla bilər.

“Sazişin reallaşdırılması Rusiyanın maraqlarına tam cavab verir, iki ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsinə imkan yaradacaq və federal büdcədən əlavə maliyyə vəsaitlərinin ayrılmasını tələb etməyəcək”, – deyə müşayiətedici sənədlərdə bildirilir.

Digər xəbərlər