Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Rusiya Federasiya Şurası Silahlı Qüvvələrdən ölkə xaricində istifadə edilməsinə icazə verib

Sentyabr 30
18:38 2015

Rusiya Prezidenti Vladimir Putin Federasiya Şurasına müraciət edərək Silahlı Qüvvələrdən ölkə xaricində istifadə etmək üçün icazə istəyib.

Rusiya Federasiya Şurası ölkə Silahlı Qüvvələrinin xaricdə istifadəsinə icazə verilməsi ilə bağlı prezidentin müraciətini yekdilliklə dəstəkləyib.

“Sələf Xəbər” APA-ya istinadən məlumat verir ki, bunu Kreml administrasiyasının rəhbəri Sergey İvanov bildirib. O deyib ki, Vladimir Putinin müraciəti Suriyadakı vəziyyətlə əlaqədardır. Belə ki, Suriya prezidenti Bəşər Əsəd Rusiyaya rəsmi şəkildə müraciət edərək ölkəsinə hərbi yardım göstərilməsini xahiş edib. S. İvanov Suriyada yalnız Hərbi Hava Qüvvələrindən istifadə edəcəklərini və quru qoşunlarının istifadəsindən söhbət getmədiyini nəzərə çatdırıb.

Digər xəbərlər