Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Rusiya FTB-si: “İŞİD MDB ölkələri üçün real təhlükədir.”

Oktyabr 28
18:58 2015

“İraq və Suriya ərazisinin bir hissəsini tutan İŞİD terror xəvaric qruplaşması bir sıra dünya və regional güclərin ikili siyasətinə görə daha da güclənib”.

“Sələf Xəbər” “Qafqazinfo”ya istinadən xəbər verir ki, belə bir açıqlama ilə Rusiya Təhlükəsizlik Bürosu rəhbəri çıxış edib. Aleksandr Bortnikovun sözlərinə görə, məhz həmin ölkələr dünyanı ən dağıdıcı nəticələrə səbəb olacaq münaqişə həddinə gətirib çıxarıblar.

FTB-nin rəhbərinin fikrincə, İŞİD terror xəvaric qruplaşması Yaxın Şərqdəki və Şimali Afrikadakı siyasi situasiyanı köklü şəkildə dəyişə bilib. Onun sözlərinə görə, terrorçular kütləvi təşviqat və yeni informasiya texnologiyaları sayəsində geniş müsəlman kütlələrində hakimiyyət institutuna inamsızlıq ruhu yarada bilib və ənənəvi İslam dəyərlərini təhrif ediblər. Bortnikov terror qruplaşmasının öz ətrafına kifayət qədər böyük fəal sosial qruplar, xüsusən də gəncləri topladığını qeyd edib.

Onun sözlərinə görə, hazırda həmin qruplaşmanın tərkibində dünyanın 100-dən çox ölkəsindən gələn döyüşçülər vuruşur. Təxminən 10 silahlı qrupun tərkibi Rusiya, Gürcüstan, Ukrayna və Mərkəzi Asiya regionu ölkələrinin vətəndaşlarından ibarətdir.

FTB rəhbəri MDB ölkələri sərhədlərinin terrorçuların işğalı təhlükəsi ilə üz-üzə olduğunu vurğulayıb. Bu səbəbdən də həmin ölkələri sərhədlərini möhkəmləndirməyə çağırıb.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər