Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Rusiya: “Gülən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin casusudur, ekstradisiya olmayacaq”

İyul 26
15:38 2016

Rusiya Dövlət Dumasının üzvü Vyaçeslav Nikonov Fətullah Gülənin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agenti olduğunu və bu səbəbdən Türkiyəyə ekstradisiya olunmayacağını iddia edib.

Selefxeber.az-ın Axar.az-a istinadən məlumatına görə, “Rusiya 1” telekanalında proqrama qatılan siyasətçi Gülən təşkilatının ABŞ tərəfindən yaradıldığını deyib:

“Türkiyədə çevriliş yaratmaq istəyən qüvvələr Ukraynada bunu edə bildilər. Rusiyanı da qarışdırmaq istəyirlər. Gülən təşkilatını MKİ yaratdı. Gülənin yaşıl kart müraciəti rədd edildikdən sonra aparılan məhkəmə prosesində ona dəstək verənlər arasında MKİ-nin keçmiş işçiləri – Georg Fidas, Qraham Fuller və ABŞ-ın Ankaradakı keçmiş səfiri Morton Abramoviç kimi adamlar olub. Gülən ABŞ-ın dəstəyi ilə öz adamlarını yüksək vəzifələrə gətirə bilib. Onu ekstradisiya etməyəcəklər. Bu arada NATO Varşava zirvəsində kimsə Ərdoğanın əlini sıxmadı. ABŞ və NATO rəhbərliyi də bunu etmədi. Çünki Ərdoğan zirvədən 3 gün öncə Putinlə barışmışdı”.

Proqramda çıxış edən Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru, türkoloq alim Vladimir Avatkov isə ölkəsinin mövcud vəziyyətdən yararlanmasının vacib olduğunu qeyd edib:

“Bu, Rusiyanın çıxarları baxımından gözəldir. Belə də davam etməlidir. FETÖ Rusiyada qadağandır. Gülənin məktəbləri keçmiş sovet respublikalarında qalıb. Türkiyədə çox güclü anti-amerika əhval-ruhiyəsi var. Rusiya bundan yararlanmalıdır. Əgər Türkiyə yeni Osmanlı ehtiraslarından vaz keçsə, yeni rus-türk münasibətləri ilə qarşılaşa bilərik”.

Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz.”(Müqəddəs Quran, “Ali İmran” surəsi, 120-ci ayə)

“Kafirlərin müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər.” (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər