Rusiya İrana sərt xəbərdarlıq edib – Vuracağıq
Dekabr 15
17:49
2016
2. 452 dəfə baxılıb
Rusiya və İran Hələbdə atəşkəs məsələsində fikir ayrılığı yaşayır.
Selefxeber.az-ın məlumatına görə Axar.az xəbər verir ki, bu iddia ilə “Əl Cəzirə” televiziyası çıxış edib. Televiziya məhz bu fikir ayrılığı ucbatından atəşkəsin tez-tez pozulduğunu bildirib.
Artıq Moskva bununla bağlı Tehrana xəbərdarlıq da edib. Kremlin xəbərdarlığına əsasən, Hələbdəki atəşkəs bir daha pozularsa, rus ordusu Əsəd rejimi və İran milislərini vuracaq.
Qeyd edək ki, bundan öncə Türkiyə Hələbdə atəşkəsin pozulması nəticəsində 4 nəfərin yaralandığını bildirib.