Rusiya İŞİD-ə qarşı “Taliban”la gücünü birləşdirə bilər
Dekabr 25
20:22
2015
709 dəfə baxılıb
Rusiya İŞİD terror xəvaric qruplaşmasına qarşı inamlı mübarizə aparmaq üçün Əfqanıstandakı “Taliban” silahlı qrupu ilə birgə hərəkət edə bilər.
“Sələf Xəbər” ATV.az-a istinadən xəbər verir ki, bu barədə “İnterfax” agentliyi məlumat yayıb. Bildirilir ki, İŞİD terror xəvaric qruplaşması həm “Taliban”ın, həm də Moskvanın ümumi düşmənidir. Bu səbəbdən də tərəflərin maraqları üst-üstə düşür.
Xatırladaq ki, son günlər İŞİD terrorçularının Əfqanıstanla yanaşı Mərkəzi Asiya ölkələrində təsirinin artıdğı barədə xarici mətbuatda xəbərlər dərc olunur. Onu da bildirək ki, bir neçə ay əvvəl “Taliban” və İŞİD terror xəvaric qruplaşması bir-birlərinə müharibə elan edib.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)