Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Rusiya İŞİD-i terrorçu təşkilat kimi tanıyıb

Fevral 28
19:07 2015

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) “İslam Dövləti” İŞİD terror xəvaric qruplaşması və “Müsəlman qardaşları”nı terrorçu təşkilat kimi tanıyıb.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, bu barədə FTX-nin rəsmi internet səhifəsində məlumat yer alıb. FTX-nin saytında yer alan məlumatda siyahıya əlavə olunan 20-dən çox təşkilatın Rusiyada terrorçu kimi tanındığı qeyd olunub.

“Təşkilatların vahid federal siyahısına Rusiya Federasiyası qanunvericiliyinə uyğun olaraq terrorçu kimi tanınan 22 təşkilat əlavə olunur, o cümlədən “İslam dövləti” İŞİD terror xəvaric qruplaşması, “İmarət Qafqaz” və “Müsəlman qardaşları” təşkilatları”, – deyə məlumatda bildirilib.

 Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz” 7/120)

Digər xəbərlər