Rusiya MN Türkiyə hava məkanının pozulmasını belə izah edib
Oktyabr 06
14:25
2015
780 dəfə baxılıb
Rusiya Müdafiə Nazirliyi Türkiyə hava məkanının pozulması ilə bağlı insidenti şərh edib.
“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, hadisəyə qeyri-sabit hava şəraiti səbəb olub.
“Belə halların qarşısını almaq üçün bütün zəruri tədbirlər görülüb”, – məlumatda deyilir.
Qeyd edək ki, NATO və ABŞ-ın dövlət katibi Con Kerri Suriya-Türkiyə sərhədində baş vermiş insidentlə bağlı narahatlıqlarını ifadə edərək Rusiyadan izahat tələb ediblər.