Rusiya “qara qutu”dan məlumat götürə bilmədi
915 dəfə baxılıb
Rǝsmi Moskvanın ümidlǝri puça çıxıb.
Noyabrın 24-dǝ Türkiyǝnin hava mǝkanını pozduğuna görǝ düşürülǝn rus qırıcı tǝyyarǝsinin “qara qutu”su ilǝ bağlı olaraq rǝsmi Moskvanın ümidlǝri puça çıxıb.
“Sələf Xəbər” Yeniçağ.az-a istinadən bildirir ki, “qara qutu”nu tǝdqiq etmǝyǝ başlayan rus hǝrbi mütǝxǝssislǝr ondan düzgün mǝlumat ǝldǝ etmǝyin qeyri-mümkün olduğunu açıqlayıblar.
Rǝsmi Moskva daha ǝvvǝl yayımladığı açıqlamada “qara qutu”nun düşürülǝn tǝyyarǝnin hava mǝkanını pozmadığını sübut edǝcǝyini müdafiǝ etmişdi.
Ancaq Cümǝ günündǝn bǝridir davam edǝn fǝaliyyǝtlǝrdǝ ümid etdiyini ǝldǝ edǝ bilmǝyǝn rus tǝrǝfi aşkarlanan mǝlumatların qaneedici olmadığı bǝhanǝsinǝ sığınıb.
Qeyd edǝk ki, dekabrın 8-dǝ “qara qutu”nun qeydiyyatlarının tǝdqiq edilmǝsi üçün 14 fǝrqli ölkǝdǝn mütǝxǝssis dǝvǝt edǝn Moskvaya sadǝcǝ Çin, İngiltǝrǝ vǝ ABŞ müsbǝt cavab vermişdi.
Sələf Xəbər: Uca Allah buyurur: “De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də batil puçluğa məhkumdur!” (Qurani-Kərim, “İsra” surəsi, 81-ci ayə)
“Haqq – Allahın Məhəmməd peyğəmbərə (Allahın ona salavat və salamı olsun) nazil etdiyi vəhylərdir ki, onları açıq təbliğ etməyi buyurmuşdu. Əleyhinə çıxılması mümkün olmayan Haqq ona bəyan edilmişdi və buna görə də yalan itib, yox olmuşdu. Başqa cür ola da bilməzdi, çünki yalan məhvə və yoxluğa məhkumdur. Şübhəsiz ki, bəzən yalan qüvvətlənərək yayılır. Lakin bu, Haqq ona qarşı çıxmadığı zaman baş verir. Haqq gələn kimi, yalan sakitləşib kiriyir və hətta cınqırını belə çıxara bilmir”. (Bax: “Təfsir Əs-Saadi”)